ABŞ Sahil Mühafizə Xidməti Venesuela neftini daşıyan “Olina” adlı tankeri ələ keçirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı ABŞ rəsmilərinə istinadən “The Wall Street Journal” qəzeti yayıb.
Bildirilib ki, əməliyyat Trinidad adası yaxınlığında baş tutub.
“Reuters” agentliyinin məlumatına görə isə həmin tanker Şərqi Timor bayrağı altında Venesuelaya reyslər həyata keçirib.
Qeyd edək ki, “Olina” ABŞ tərəfindən ələ keçirilən artıq beşinci tankerdir.
Son xəbərlər
Son Xəbərlər