ABŞ-nin zərbə qrupu Yaxın Şərqə doğru yola çıxdı

abs-nin-zerbe-qrupu-yaxin-serqe-dogru-yola-cixdi
Oxunma sayı: 890

ABŞ Müdafiə Nazirliyi “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisinin zərbə qrupunun Cənubi Çin dənizindən Yaxın Şərqə yerləşdirilməsi barədə göstəriş verib.

“Qafqazinfo” xəbər verir ki, bi barədə “News Nation” məlumat yayıb.

Bildirilib ki, “Abraham Lincoln” və onu müşayiət edən üç idarə olunan raket esminesi Cənubi Çin dənizindən çıxarılaraq Ərəbistan dənizi istiqamətində hərəkətə başlayıb.

Zərbə qrupunun bölgəyə çatması təxminən bir həftə çəkəcək.

Köçürmənin Yaxın Şərqdə artan təhlükəsizlik gərginliyi fonunda həyata keçirildiyi qeyd olunur.