ABŞ İrandakı hədəflərlə bağlı kəşfiyyat məlumatları istəyib

abs-irandaki-hedeflerle-bagli-kesfiyyat-melumatlari-isteyib
Oxunma sayı: 286

ABŞ administrasiyası Avropa ölkələrindən İrana mümkün zərbələr üçün oradakı hədəflərlə bağlı kəşfiyyat məlumatları istəyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Washington Post” qəzeti məlumat yayıb.

“İki avropalı rəsmi bəyan edib ki, bazar ertəsi Tramp administrasiyası onların ölkələrindən İran daxilindəki mümkün hədəflər barədə kəşfiyyat məlumatlarını bölüşməyi xahiş edib”, - nəşr yazır.

Eyni zamanda, rəsmilərdən biri Donald Trampın nüvə obyektlərinə zərbə endirəcəyinə dair heç bir işarənin olmadığını bildirib. Onun sözlərinə görə, Ağ Evin hədəfləri böyük ehtimalla İrandakı etirazçılara qarşı zorakılığa görə məsuliyyət daşıyan təşkilatların və qüvvələrin rəhbərləri ola bilər.