ABŞ-də güclü zəlzələ oldu

abs-de-guclu-zelzele-oldu
Oxunma sayı: 314

ABŞ-nin Oreqon ştatının sahillərində güclü zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Yeraltı təkanların maqnitudası 5,7-yə çatıb, seysmoloqlar bunu dağıntılara səbəb ola biləcək güclü zəlzələ hesab edirlər.

Zəlzələnin episentri ABŞ-nin Sakit okean sahillərində, Pistol çayından təxminən 159 kilometr cənub-qərbdə, ocağı 10 kilometr dərinlikdə yerləşib. Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.