17 yaşlı oğlan dərmandan zəhərlənib öldü

17-yasli-oglan-dermandan-zeherlenib-oldu
Oxunma sayı: 787

Tovuzda zəhərlənmədən ölüm faktı baş verib. 

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Bozalqanlı kəndində qeydə alınıb.

Belə ki, 2009-cu il təvəllüdlü Z.M. qəbul etdiyi dərman vaistəsindən zəhərlənib. O, ağır vəziyyətdə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma başlanılıb.

Yunis Quliyev