Zaqatalada yük maşını aşdı - 50 yaşlı kişi öldü

zaqatalada-yuk-masini-asdi
Oxunma sayı: 372

Zaqatalada ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” nun məlumatına görə bu gün saat 13 radələrində Zaqatala rayonu ərazisində “Ford Tranzit” markakı avtomobil idarəetmədən çıxaraq aşıb.

Nəticədə sürücü - 1976 təvəllüdlü Əli Osmanov aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Mübariz Muradov