XİN Venesuelaya başsağlığı verdi

xin-venesuelaya-bassagligi-verdi
Oxunma sayı: 151

Azərbaycan Xarici İşlər Nazirliyi Venesuelada baş verən güclü zəlzələlərlə bağlı başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib. 

“Venesuellada baş verən, insan itkilərinə və genişmiqyaslı dağıntılara səbəb olan zəlzələ xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, bu çətin günlərdə Venesuela xalqı və hökuməti ilə həmrəy olduğumuzu bildiririk.
Zərərçəkənlərin hər birinin tezliklə sağalmasını arzulayırıq”.

Xatırladaq ki, Venesuelada baş verən iki güclü zəlzələ nəticəsində 32 nəfər həlak olub, 700-dən çox şəxs isə yaralanıb.