Xamenei onlara xəbərdarlıq etdi

xamenei-onlara-xeberdarliq-etdi
Oxunma sayı: 614

“Əhd edirik ki, bu iki müharibədə şəhid olanların qanını yerdə qoymayacağıq”.

“Qafqazinfo” xəbər verir ki, bunu İranın ali rəhbəri Müctəba Xamenei “X” hesabında paylaşıb.

“Cinayətkarlar bilməlidirlər ki, intiqam əmri mənim və ya digər rəsmilərin varlığından asılı deyil. Biz olsaq da, olmasaq da, bu baş verəcək və yaxın zamanda dünyanın müxtəlif yerlərində azad ruhlu insanlar bu ilahi vəzifənin bir hissəsini yerinə yetirəcəklər”, - Xamenei bildirib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı başladığı hərbi əməliyyatlar zamanı ölkənin müxtəlif şəhərlərinə hava zərbələri endirilib. Hücum zamanı İranın 87 yaşlı keçmiş ali rəhbəri Ayətullah Əli Xamenei öldürülüb. Buna cavab olaraq Tehran İsrail ərazisinə və Fars körfəzi ölkələrində yerləşən ABŞ hərbi bazalarına raket zərbələri endirib.

Daha sonra İran, ABŞ və müttəfiq ölkələr arasında atəşkəs razılaşması əldə olunsa da, tərəflər arasında gərginlik tam aradan qalxmayıb. İyulun 8-də ABŞ İranın Hörmüz boğazında üç gəmiyə hücumuna cavab olaraq ölkə ərazisinə genişmiqyaslı zərbələr endirdiyini açıqlayıb.