Bu gün yazıçı-publisist Aydın Tağıyevin “Qələbənin Memarı: cənab Ali Baş Komandan – 100 illik imza! Bənzərsiz tarix” adlı kitabının təqdimat mərasimi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
A.Tağıyev bildirib ki, bu əsər Azərbaycan xalqının şanlı Zəfər tarixinin, Müzəffər Ali Baş Komandanın qətiyyətli siyasi iradəsinin, Azərbaycan Ordusunun qəhrəmanlığının və xalq–ordu–lider birliyinin gələcək nəsillərə çatdırılması məqsədilə qələmə alınıb.
Təqdimat mərasimi kitabın baş redaktorlarından Turan Beynəlxalq Araşdırmalar İnstitutunun rəhbəri Rəşad Abbaszadə, Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsinin dekanı Mürtəza Həsənov, Əməkdar hüquqşünas, Ədliyyə general-mayoru Akif Rəfiyev, fəlsəfə elmləri namizədi Qəmər Mürşüdlü, tarix üzrə fəlsəfə doktoru Məmmədağa Baxışov, Heydər Əliyev adına Hərbi İnstitutun professoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Ramid Hüseynov, Naxçıvan Dövlət Universitetinin professoru Sevinc Abbasovanın çıxışları ilə davam edib.
Sonda müəllif Aydın Tağıyev könüllülərin suallarını cavablandırıb, imzalı kitablar oxuculara təqdim olunub.



Son xəbərlər
Son Xəbərlər