Goranboy və Qazax rayonlarında ot tayalarının yanması ilə nəticələnən yanğın hadisələri qeydə alınıb.
“Qafqazinfo” xəbər verir ki, Goranboy rayonunda Arzu Aslanova məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində 120 kip ot tayası yanıb.
Hadisə yerinə dərhal yanğınsöndürən texnika və canlı qüvvəsi cəlb olunub.
Operativ müdaxilə nəticəsində yanğın ətraf ərazilərə yayılmadan söndürülüb.
Digər analoji hadisə isə Qazax rayonunun Çaylı kəndində qeydə alınıb.
Belə ki, Bəxtiyar Həsənva məxsus “QAZ-53” markalı yük maşınındakı 100 kip ot bağlaması yanmağa başlayıb.
Qısa müddətdə böyüyən alov yük maşınına da keçib.
Əraziyə çağırılan yanğınsöndürənlərin səyləri nəticəsində yanğın söndürülsə də, avtomobilə ciddi ziyan dəyib.
Yunis Quliyev



Son xəbərlər
Son Xəbərlər