Serbiya Prezidenti Aleksandar Vuçiç səlahiyyət müddətinin başa çatmasının yaxınlaşması ilə əlaqədar istefa verə bilər.
“Qafqazinfo” “N1” telekanalına istinadən xəbər verir ki, bu barədə Serbiya lideri Çinə səfəri zamanı açıqlama verib.
“Ola bilsin ki, tezliklə istefa verəcəyəm”, - dövlət başçısı bildirib.
Qeyd edək ki, A.Vuçiç ilk dəfə 2017-ci ildə Serbiya prezidenti seçilib. 2022-ci ildə o, ikinci müddətə dövlət başçısı postunu tutub. Vuçiçin prezidentlik səlahiyyətlərinin müddəti 2027-ci ildə başa çatır.
Son xəbərlər
Son Xəbərlər