Venesuela hökuməti ABŞ-nin ölkəyə qarşı həyata keçirdiyi hərbi əməliyyatda iştirak edən şəxslərin dərhal axtarışa verilməsi və saxlanılması barədə fərman imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, fərmana əsasən, ölkənin hüquq-mühafizə orqanlarına əməliyyatda iştirak edən şəxsləri cinayət məsuliyyətinə cəlb etmək tapşırılıb.
Xatırladaq ki, yanvarın 3-də ABŞ-nin Karakas və “Fort Tiuna” hərbi bazasına endirdiyi zərbələrdən sonra prezident Donald Tramp Nikolas Maduro və həyat yoldaşının əsir götürüldüyünü elan etmişdi.
Son xəbərlər
Son Xəbərlər