Ufuk Özkana qaraciyər köçürüldü - 11 saat əməliyyatda qaldı

ufuk-ozkana-qaraciyer-kocuruldu
Oxunma sayı: 503

Türkiyənin məşhur aktyoru Ufuk Özkana qaraciyər transplantasiyası edilib.

“Qafqazinfo” xəbər verir ki, əməliyyatdan sonra aktyorun sağlamlıq vəziyyəti ilə bağlı açıqlama verilib.

“Təxminən 10-11 saat davam edən, texniki cəhətdən çətin bir əməliyyat idi. Xəstənin əvvəlki cərrahi əməliyyatları prosesi daha da çətinləşdirdi. Lakin komanda olaraq əməliyyatı heç bir problem olmadan başa vurduq və nəticədən məmnunuq. Onu müşahidə altında saxlayacağıq”, - deyə qeyd edilib.

Özkanın yaxın günlərdə palataya köçürülməsi nəzərdə tutulur.

Xatırladaq ki, 2023-cü ildən qaraciyər çatışmazlığından əziyyət çəkən Özkan bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi.

Ona donor tapılması üçün sosial mediada kampaniya başladılmışdı.

Qeyd edək ki, “Geniş Aile”, “Zengin kız, fakir oğlan” kimi məşhur seriallarda rol alan aktyor həm də “Ben Bilmem Eşim Bilir” proqramının aparıcısı olaraq tanınır.