Türkiyə-Ermənistan sərhədində yerləşən “Alican” sərhəd-keçid məntəqəsində planlaşdırılan işlərin təxminən 90%-i tamamlanıb.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Iğdır vilayətinin rəhbərliyi məlumat yayıb.
Bildirilir ki, işlər həm Iğdır vilayətinin Karakoyunlu rayonunda yerləşən “Alican” sərhəd-keçid məntəqəsində, həm də Ermənistanın Armavir bölgəsindəki “Marqara” sərhəd məntəqəsində aparılır.
Layihə çərçivəsində Türkiyə tərəfində gömrük və digər prosedurlar üçün istifadə ediləcək binalar inşa edilir. Bundan əlavə, Ermənistandan Türkiyəyə səfər edəcək şəxsləri Iğdır şəhəri və bütövlükdə bölgə ilə tanış etmək məqsədi daşıyan lövhə və bannerlər quraşdırılıb.
Iğdır vilayətinin valisi Ercan Turan işlərin gedişatı ilə yerində tanış olub.
Son xəbərlər
Son Xəbərlər