“Əgər biz bunu etməsək, Qrenlandiyanı Rusiya və ya Çin ələ keçirəcək. Biz Rusiya və ya Çinlə qonşu olmaq istəməyəcəyik. Oldu?”
“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Amerikanın neft və qaz şirkətlərinin rəhbərləri ilə görüşündə bildirib.
“Mən razılaşmanı asan yolla əldə etmək istərdim. Amma əgər bunu asan yolla edə bilməsək, çətin yolla edəcəyik. Mən Danimarka heyranıyam, amma bilirsiniz, 500 il əvvəl oraya bir gəminin yanaşması bu torpağın onlara məxsus olduğu demək deyil”, - Tramp vurğulayıb.
Ağ Ev rəhbəri qeyd edib ki, NATO bunu başa düşməlidir:
“Mən NATO-nun tərəfindəyəm. NATO-nu mən xilas etdim. Əgər mən olmasaydım, hazırda NATO da olmazdı”.
Son xəbərlər
Son Xəbərlər