Amerikanın əfsanəvi “Three Dog Night” qrupunun yaradıcılarından biri olan Çak Neqron 83 yaşında dünyasını dəyişib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “Variety” məlumat yayıb.
Mənbənin məlumatına görə, sənətçi fevralın 2-də Kaliforniyadakı evində ailəsinin əhatəsində dünyasını dəyişib. Ölümün səbəbi hələlik məlum deyil. Lakin Neqronun son aylarda ürək problemi yaşadığı bilinir.
Qeyd edək ki, “Dunhill Records”un məlumatına görə, qrup 1970-1975-ci illər arasında dünya üzrə 40 milyondan çox albom satıb.
Son xəbərlər
Son Xəbərlər