Türkiyənin tanınmış teatr və kino aktyoru Koray Ergün 68 yaşında vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı onun övladları sosial şəbəkə hesablarında yayıblar.
Xatırladaq ki, ötən ilin fevralında xəstəxanaya aparılan aktyorun beynində şiş aşkarlanmışdı.
Qeyd edək ki, 1958-ci ildə Ankarada anadan olan Koray Ergün çoxsaylı film, teatr və televiziya layihələrində iştirak edib. Həmçinin “Teşkilat”, “Tatlı intikam”, “Kırgın Çiçekler”, “Ömre Bedel”, “Behzat Ç.”, “Bizim Evin Halleri”, “Kuzenlerim” kimi seriallarda rol alıb.





Son xəbərlər
Son Xəbərlər