Telefonu oğurlayıb özünə tətbiqdən pul göndərdi - Polis saxladı

telefonu-ogurlayib-ozune-tetbiqden-pul-gonderdi
Oxunma sayı: 1162

Paytaxtın Suraxanı rayonunda talama cinayətləri qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, naməlum şəxs axşam saat 23 radələrində Hövsan qəsəbə sakininin evinin qarşısında saxladığı “Daewoo” markalı avtomobildən əvvəlcə telefonunu, sonra isə mobil bank tətbiqindən 1029 manatını oğurlayıb.

Məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlə 32 yaşlı S.Quluzadə şübhəli şəxs qismində saxlanılıb.

Rayon ərazisində keçirilən digər tədbir zamanı isə iki marketin qapısını qıraraq içərisindən 2400 manat, 2220 manat dəyərində lotereya biletləri, tütün məmulatları və digər məhsulları oğurlamaqda şübhəli bilinən 35 yaşlı Ş.Eybatov da saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.