Tarixin ən bahalı oyunu gəlir - İyunun 25-i...

tarixin-en-bahali-oyunu-gelir
Oxunma sayı: 1388

“Rockstar Games” şirkəti uzun müddətdir gözlənilən “Grand Theft Auto VI” (GTA VI) oyununun ön sifarişlərinin iyunun 25-də açılacağını təsdiqləyib.

“Qafqazinfo” “GameGPU”ya istinadla xəbər verir ki, şirkətin yayımladığı tizer videosuna əsasən, ön sifarişlərin başlaması ilə paralel olaraq oyunun üçüncü rəsmi treylerinin də təqdim ediləcəyi gözlənilir.

Nəşr yazır ki, yeni çarxda “Rockstar Games” ilk dəfə olaraq layihənin mühərrikindəki real qeympley (oyun prosesi) görüntülərini ətraflı şəkildə nümayiş etdirəcək.

Qeyd edək ki, “Grand Theft Auto VI” oyununun rəsmi çıxışı 2026-cı il noyabrın 19-na planlaşdırılıb. Oyun ilkin mərhələdə yalnız “PlayStation 5” və “Xbox Series X/S” konsolları üçün əlçatan olacaq. Standart və genişləndirilmiş versiyaların dəqiq satış qiyməti isə hələlik açıqlanmayıb.

Hesablamalara görə, oyunun hazırlanma büdcəsi təxminən 2 milyard dollar təşkil edir ki, bu da “GTA VI”nı bəşəriyyət tarixinin ən baha başa gələn əyləncə layihəsi edir.