Rusiyanın ÇSKA klubunun yetirməsi olan peşəkar futbolçu Lionel Adamsın cəsədi Moskva vilayətində çoxmərtəbəli binalardan birinin yaxınlığında aşkar edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Mash na sport” nəşri məlumat yayıb.
Məlumata görə, futbolçu hadisə yerinə gələn təcili yardım əməkdaşlarının müdaxiləsinə baxmayaraq, vəfat edib. Bildirilib ki, Adams ölümündən qısa müddət öncə Yaltanın “Rubin” klubunun keçmiş oyunçusu Timur Maqomedovun qonağı olub.
Xatırladaq ki, futbolçunun ölümü ilə bağlı müəmmalar dekabr ayında baş verən silahlı insidentlə daha da dərinləşib.
Belə ki, 2025-ci ilin dekabrında Adams gecə klublarından birində on nəfərin hücumuna məruz qalmışdı. Mübahisə zamanı hücum edənlərdən biri futbolçuya atəş açıb, digərləri isə onu amansızcasına döymüşdülər. Budundan güllə yarası alan Adams xəstəxanaya yerləşdirilmişdi.
Hazırda onun müəmmalı ölümü ilə həmin hücum arasında əlaqənin olub-olmadığı araşdırılır.
Son xəbərlər
Son Xəbərlər