“Şəxsi həyatım da futbolla bağlıdır. Arzum futbolda sizin, azarkeşlərin inamını itirməməkdir”.
“Qafqazinfo” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün keçirilən mətbuat konfransında deyib.
O, jurnalistin “futbolla bağlı hədəfiniz və şəxsi həyatınızla bağlı 3 arzunuz nədir?” sualına belə cavab verib: “Şərt deyil ki, çempion olaq, kubok qazanaq. Mənə qarşı inam həmişə qalsın. Bu mənim üçün ən böyük amil olub. Şəxsi həyata gəldikdə, bu barədə danışmağı çox da xoşlamıram. O, başqa mövzudur. Hər yerdə istəyərəm ki, güvənim itməsin.
Futboldan uzaq qalmaq mümkün deyil. Hara getsəm, yenə futbolu müzakirə edirlər. Son vaxtlardakı məğlubiyyətləri müzakirə edirdilər. Bir neçə nəfəri çıxmaq şərtilə məni başa düşən 3-4 nəfər idi. Qalanlar isə yarı zarafat da olsa, “filankəsi niyə dəyişmədin?”, “bu niyə belə oldu?” kimi fikirlər bildirirdilər (gülür).
Əfsuslar olsun ki, bundan qaça bilmədim. Başlayanda deyirlər ki, “düzünü sən bilirsən, amma bu niyə belə oldu?” Ən yaxınlarım var ki, 3-4 nəfər bu barədə heç nə demirlər. Daim yanımda olurlar, motivasiya verirlər. İnanın ki, əgər futbolçularım sağlam qayıdırlarsa, hər məşqdə sağlam, istəkli olurlarsa, bu mənim üçün istirahətdir. İstirahət etsəm də, görsəm ki, məşqim, futbolçularım yaxşı deyil, istirahətimin üstündən xətt çəkilir”.
Son xəbərlər
Son Xəbərlər