Sevinc Kərimova dəfn olundu - Fotolar

sevinc-kerimova-defn-olundu
Oxunma sayı: 19707

Ötən gün dünyasını dəyişən, “Karvan” musiqi qrupunun təsisçisi, Azərbaycanın ilk qadın klip rejissoru və prodüseri Sevinc Kərimova ilə vida mərasimi keçirilib.

“Qafqazinfo” Oxu.az-a istinadən xəbər verir ki, vida mərasimi mərhumun evində baş tutub.

Vida mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, bəstəkar, Əməkdar incəsənət xadimi Vaqif Gərayzadə, mərhumun ailə üzvləri, yaxınları iştirak ediblər.

Daha sonra o, Qala kənd qəbiristanlığında torpağa tapşırılıb.

Xatırladaq ki, Sevinc Kərimova ötən gün Prezident İlham Əliyev tərəfindən yüksək dövlət mükafatına layiq görülüb. Dövlət başçısının imzaladığı Sərəncamla Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə Sevinc Kərim qızı Kərimova “Tərəqqi” medalı ilə təltif edilmişdi.