Şəmkirdə yeniyetmənin meyiti tapıldı

semkirde-yeniyetmenin-meyiti-tapildi
Oxunma sayı: 971

Şəmkirdə yeniyetmənin meyiti aşkar edilib.

“Qafqazinfo” xəbər verir ki, 2012-ci il təvəllüdlü F.Rzayevin meyiti yaşadığı evin arxa hissəsində tapılıb.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

14 yaşlı yeniyetmənin ölüm səbəbi hələlik tam müəyyənləşməyib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

Yunis Quliyev