Samur-Abşeron kanalının xidmət sahələrində suvarma suyu təminatı yaxşılaşdırılacaq və Ceyranbatan su anbarı dayanıqlı su ilə təmin ediləcək.
“Qafqazinfo” xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.
Belə ki, 2026−2029-cu illərdə Layihə-smeta sənədlərinin hazırlanması və tikinti layihələrinə ekspertiza rəyinin alınması, bərpa işlərinə başlanılması və plan üzrə işlərin 50 faizinin icrası və Samur-Abşeron kanalının 30 kilometrlik hissəsinin və hidrotexniki qurğuların bərpasının yekunlaşdırılması planlaşdırılır.
Son xəbərlər
Son Xəbərlər