Şamaxıda tədbir keçirildi - Fotolar

samaxida-tedbir-kecirildi
Oxunma sayı: 446

Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatında “Şəhərsalma və Memarlıq ili” çərçivəsində “Milli intibahdan müstəqil Azərbaycana: Heydər Əliyev siyasi kursunun başlanğıcı” adlı tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbir Ümummilli Lider Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, 5 saylı Ərazi Partiya Təşkilatının sədri Rəfail Tağızadə, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin Şamaxı Rayon Təhsil Sektorunun müdiri Məsud Babayev, Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının fəal üzvü Əli Mahmudov və şəhid atası Rza Nəbiyev Ümummilli Lider Heydər Əliyevin 1969-cu il 14 iyul tarixində Azərbaycanda siyasi hakimiyyətə gəlişi ilə ölkəmizin tarixində milli intibah dövrünün başlandığını, respublikanın sosial-iqtisadi, elm, təhsil, mədəniyyət və sənaye sahələrində mühüm nailiyyətlərin əldə olunduğunu vurğulayıblar. Natiqlər Ulu Öndərin milli dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, xalqın rifahının yüksəldilməsi və müstəqil Azərbaycan dövlətinin qurulması istiqamətində misilsiz xidmətlərindən bəhs edərək, həmin siyasi kursun bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkəmizin hərtərəfli inkişafı, güclənməsi və yeni nailiyyətlər qazanmasının məhz bu uzaqgörən siyasətin nəticəsi olduğunu qeyd ediblər.

Tədbirin sonunda iştirakçılarla xatirə şəkli çəkdirilib.