İyulun 10-da Biləsuvar və Masallı rayonlarının bir neçə yaşayış məntəqəsində qaz verilişində fasilə yaranacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, buna səbəb təmir-bərpa və payız-qış mövsümünə hazırlıq işləridir.
Məlumata görə, sabah saat 10:00-dan işlər yekunlaşanadək Biləsuvar rayonunun Ovçubərə, Amankənd, Ağalıkənd, Yuxarı Cürəli, Dərvişli, Aşağı Cürəli, Əsgərabad və Masallı rayonunun Bədəlan kəndlərinin qaz təchizatı müvəqqəti dayandırılacaq.
***
Həmçinin, təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Nizami rayonunun R.Rüstəmov, E. Süleymanov, Q. Qarayev, C. Naxçıvanski küçələrinin, Sabunçu qəsəbəsinin isə E. Mehdiyev, İ. Aslanov və M.İbrahimov küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Son xəbərlər
Son Xəbərlər