İspaniya Kubolunun 1/8 final mərhələsi çərçivəsində “Albasete” – “Real Madrid” qarşılaşması baş tutub.
“Qafqazinfo” xəbər verir ki, “Karlos Belmonte” stadionunda keçirilən görüş ev sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:2.
42-ci dəqiqədə Vilyarın qolu ilə hesabda önə çıxan “Albasete” 45+3-cü dəqiqədə Mastantuononun qoluna əngəl ola bilməyib. Betankor 82-ci dəqiqədə təkrar ev sahiblərini hesabda irəli çıxarıb.
Qarsiya 90+1-ci dəqiqədə “Real Madrid”in bərabərlik qolunu vursa da, 90+4-cü dəqiqədə Betankor dubla imza atıb və “Kral klubu”nu turnirdən kənarlaşdırıb.
Bununla da Alvaro Arbeloa “Real Madrid”in baş məşqçisi kimi ilk rəsmi oyununda məğlub olub.
Son xəbərlər
Son Xəbərlər