Qazaxa ovuc boyda dolu yağdı - Video

qazaxa-ovuc-boyda-dolu-yagdi
Oxunma sayı: 501

Qazax rayonunun kəndlərinə güclü dolu yağıb. 

“Qafqazinfo” xəbər verir ki, Kosalar, Çaylı, Fərhli kəndlərinə dolu düşüb.

Dolu yağışı təxminən 15 dəqiqə davam edib. Qeyri-sabit hava şəraiti meyvə bağlarına ziyan vurub.

Həmçinin bəzi avtomobillərə də ziyan dəyib. Kəndlərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Hazırda Qərb bölgəsində yağışlı hava şəraiti davam edir.

Həmin görüntüləri təqdim edirik:

Yunis Quliyev