Qardaşının evinə qonaq getmişdi - 8-ci mərtəbədən yıxılıb öldü

qardasinin-evine-qonaq-getmisdi
Oxunma sayı: 1441

Bakıda gənc qız faciəvi şəkildə ölüb.

“Qafqazinfo” xəbər verir ki, iyunun 20-si saat 21 radələrində Bakı şəhər sakini 2002-ci il təvəllüdlü Əfsanə Nadir qızı Quliyeva qonaq olduğu qardaşının evində eyvandan yıxılıb.

Belə ki, 24 yaşlı qız Mehmandarov küçəsində yerləşən binanın 8-ci mərtəbəsindəki evdə olarkən ehtiyatsızlıqdan yıxılıb. O, hadisə yerində ölüb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.