Türkiyə kubokunun A qrupunun 2-ci turunda “Qalatasaray” səfərdə “Fethiyespor”la qarşılaşıb.
“Qafqazinfo” xəbər verir ki, görüş “sarı-qırmızılılar”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Belə ki, “Qalatasaray”ın qollarını 73-cü dəqiqədə Abdülkerim Bardakçı, 80-ci dəqiqədə Barış Alper Yılmaz vurub. “Fethiyespor”da isə 90-cı dəqiqədə Uğur Ayhan fərqlənib.
Qeyd edək ki, Türkiyə kubokunda ikinci qələbəsini qazanan “Qalatasaray” xalını 6-ya çatdırıb. “Fethiyespor”un aktivində isə 1 xal var.
Son xəbərlər
Son Xəbərlər