Putinin Çinə səfəri başa çatdı

putinin-cine-seferi-basa-catdi
Oxunma sayı: 1074

Rusiya Prezidenti Vladimir Putin Çinə etdiyi ikigünlük rəsmi səfərini başa vurub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya lideri Pekini təyyarə ilə tərk edib.

Məlumata görə, mayın 19-da Çin paytaxtına gələn Putini hava limanında ölkənin xarici işlər naziri Van İ qarşılayıb. Səfərin növbəti günü Rusiya Prezidenti Çin Xalq Respublikasının Sədri Si Cinpinlə geniş tərkibli danışıqlar aparıb, həmçinin Dövlət Şurasının Baş naziri Li Tsyan ilə görüşüb.

Rusiya liderinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, Putin və Si Cinpin təkbətək söhbət zamanı energetika sahəsindəki layihələri və “daha çox vacib olan bəzi məqamları” razılaşdırıblar.

Xatırladaq ki, görüş zamanı Si Cinpin Putinin hüzurunda bir neçə gün əvvəl Çinə səfər edən ABŞ Prezidenti Donald Trampın ünvanına da üstüörtülü tənqidi mesajlar göndərib.