Polis bu dəfə 79 tüfəng, 10 avtomat aşkarladı

polis-bu-defe-79-tufeng-10-avtomat-askarladi
Oxunma sayı: 228

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

“Qafqazinfo” xəbər verir ki, yanvarın 15-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 10 avtomat silahı, 2 tapança aşkar edib.

Bundan başqa, 4 qumbara, 6 alışdırıcı, 79 tüfəng, 7 patron darağı və 571 ədəd müxtəlif çaplı patron da aşkar edilərək götürülüb.

Tədbirlər davam etdirilir.