Onlar ən yaraşıqlı kişi ulduzlar seçildi - Fotolar

onlar-en-yarasiqli-kisi-ulduzlar-secildi
Oxunma sayı: 159

Amerikalı aktyorlar Maykl B. Cordan və Set Roqan “Qızıl Qlobus” mükafatlandırma mərasimində ən yaraşıqlı kişi ulduzlar elan olunublar. 

“Qafqazinfo” xəbər verir ki, “Esquire” jurnalı mərasimə qatılan məşhurlar arasında dəb reytinqi tərtib edib. 

Siyahıya Chrome Hearts geyimində və Cartier zinət əşyaları ilə səhnəyə çıxan Timoti Şalamet, Dior kostyumunda Leonardo Di Kaprio və Louis Vuitton smokinqi ilə görünən “Stranger Things” ulduzu Co Kiri də daxil edilib. 

Bundan başqa, Ceykob Elordi, Pol Meskal, Kolman Dominqo, Demson İdris və Qlenn Pauell də ən dəbli kişi aktyorlar sırasına düşüblər. 

“Qızıl Qlobus”da debüt edən “Heavy Rivalry” serialının ulduzları Konnor Storri və Hadson Uilyams da jurnala görə gecənin ən dəbli simaları sırasında yer alıblar.