“Nissan”la “VAZ-2107” toqquşdu - Ölən və xəsarət alanlar var

nissanla-vaz-2107-toqqusdu
Oxunma sayı: 687

Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazonfo” xəbər verir ki, hadisə rayon Qarağac kəndində qeydə alınıb.

Belə ki, rayon sakini Bəyanət İbadovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə İmişli sakini Rəvanə Nəsirlinin idarə etdiyi “Nissan” markalı avtomobil toqquşub.

Qəzada “VAZ-2107”nin sürücüsü ölüb, sərnişini, Sabirabad sakini, 1987-ci il təvəllüdlü Arif Paşayev və  “Nissan”nın sürücüsü, onun övladı, 2016-cı il təvəllüdlü R.Nəsirli və 1991-ci il təvəllüdlü Ülviyyə Azadova xəsarət alıblar.

Yaralılar rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov