Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin direktoru Nazim Qasımzadə vəzifəsindən azad edilib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı maliyyə naziri Sahil Babayev Əmr imzalayıb.
Nazirin digər Əmri ilə Dövlət Xəzinədarlığı Agentliyinin direktoru vəzifəsinə Sadiq Əliyev təyinat alıb.
Xatırladaq ki, S.Əliyev bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad olunub.
Qeyd edək ki, Sahil Babayev 2018–2025-ci illərdə əmək və əhalinin sosial müdafiəsi naziri vəziəfini icra edib.

Son xəbərlər
Son Xəbərlər