Müharibədə daha bir azərbaycanlı itkin düşdü - Foto

muharibede-daha-bir-azerbaycanli-itkin-dusdu
Oxunma sayı: 1725

Rusiya-Ukrayna müharibəsində Rusiya Silahlı Qüvvələrinin tərkibində döyüşən azərbaycanlı itkin düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə hərbi bloqer Tofiq Şahmuradov sosial şəbəkə hesabında məlumat yayıb.

O bildirib ki, Hüseynov Zirəddin Tələt oğlu Rusiya Silahlı Qüvvələrinin tərkibində döyüşlərə qoşulub və Luqansk istiqamətində itkin düşüb.

Bloqer qeyd edib ki, onun adı Rostovda ölənlər siyahısında olsa da, nəşi tapılmır.