Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə dünən saat 22:20 radələrində Sabunçu rayonu Pirşağı qəsəbəsində qeydə alınıb.
2003-cü il təvəllüdlü Rusiya vətəndaşı Emil Elşən oğlu Ələkbərovun idarə etdiyi “Haojue HJ150-6” markalı motosiklet Əli Yasanovun sürdüyü “Hyundai HD-65” markalı yük avtomobilinə çırpılıb. Nəticədə 23 yaşlı motosikletçi aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Sabunçu RPİ-də cinayət işi başlanılaraq istintaq aparılır.
Son xəbərlər
Son Xəbərlər