Milli Qəhrəman Hərbi Memorial Məzarlıqda dəfn olunacaq - Yenilənib

milli-qehreman-herbi-memorial-mezarliqda-defn-olunacaq
Oxunma sayı: 4435

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevlə vida və dəfn mərasimi sabah saat 11:00-da keçiriləcək.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, o, Hərbi Memorial Məzarlıqda (keçmiş II Şəhidlər Xiyabanı) dəfn olunacaq.

Qeyd edək ki, Ş.Tağıyevin cənazəsi bu gün axşam Bakıya gətiriləcək.

***

Diasporla İş üzrə Dövlət Komitəsindən “Qafqazinfo”ya bildirilib ki, Milli Qəhrəman Şahin Tağıyevin cənazəsi bu gün saat 21:05-də Vətənə gətiriləcək. Cənazə komitə nümayəndələrinin də iştirakı ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qarşılanacaq.

Qeyd olunub ki, Milli Qəhrəmanın vida, dəfn və yas mərasimlərinin təşkili üçün Dövlət Komitəsi və digər dövlət qurumları əlaqəli şəkildə bütün lazımi işləri görürlər.

Mərhumla vida və dəfn mərasimi 16 yanvar saat 11:00-da Hərbi Memorial Məzarlıqda (II Fəxri xiyaban) keçiriləcək.

Yas mərasimi isə yanvarın 17-si saat 11:00-da Təzəpir məscidində olacaq.

Xatırladaq ki, əslən Şuşadan olan Ş.Tağıyev 23 iyun 1992-ci ildə Milli Qəhrəman adına layiq görülüb. O, 2001-ci ildə Azərbaycanı tərk edərək Avropaya köçüb. Mərhum İsveçdə Qocalar evində uzunsürən xəstəlikdən sonra vəfat edib.