Bakı metrosunda ciddi dəyişikliklər həyata keçirilir. Hazırda metropolitenin ən zəif inkişaf etmiş xətlərindən biri bənövşəyi xətdir. Cəmi 4 stansiyası olan bu xətt ümumi sərnişin axınının təxminən 3 faizini daşıyır. Bu səbəbdən əsas inkişaf məhz bənövşəyi xətt üzrə planlaşdırılıb.
“Qafqazinfo”nun məlumatına görə, AzTV-yə danışan “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, yeni stansiyalar “Nizami” ərazisində yaşıl xətlə, ”Sahil” stansiyası yaxınlığında isə qırmızı xətlə kəsişmə yaradacaq:
“Bu, Sumqayıt və Xırdalan istiqamətində gələn sərnişinlərə şəhərin mərkəzində yer üstünə çıxmadan marşrut dəyişmək imkanı verəcək. Dövlət Proqramına uyğun olaraq, bənövşəyi xəttin bu il istifadəyə veriləcəyi 1 stansiyası - şərti adı ilə “B4” 1 saylı 1 saylı Kliniki Tibbi Mərkəzin arxasında yerləşəcək. Ondan sonrakı stansiya “Nizami” stansiyasının, daha bir stansiya isə “Sahil” stansiyasının yaxınlığında olacaq. Digər stansiya isə “Port Baku” kimi tanınan ərazinin yaxınlığında yerləşəcək.
“Xətai”yə daha bir keçid stansiya olacaq, həmçinin Babək prospekti üzərində daha bir yeni stansiya inşa ediləcək. Yaşıl xətt üzrə “Xətai”dən sonrakı stansiyalar Nizami Gəncəvi adına parkın yaxınlığında, “Ağ Şəhər” layihəsinin hazırda inkişaf edən hissəsindədir. Digər stansiya 8 Noyabr prospektindən “NZS” qəsəbəsinə dönən hissədə yerləşəcək. “Nargilə” kimi tanınan və ya keçmiş Bakı avtomobil zavodunun yaxınlığında yerləşəcək daha bir stansiya tikiləcək. Həmçinin “Həzi Aslanov” qırmızı xətti stansiyasına keçid funksiyası daşıyacaq növbəti stansiya da Dövlət Proqramına uyğun inşa olunacaq”.
Daha ətraflı videomaterialda:
Son xəbərlər
Son Xəbərlər