Mənsum İbrahimov beynəlxalq tədbirdə Azərbaycanı təmsil etdi - Fotolar

mensum-ibrahimov-beynelxalq-tedbirde-azerbaycani-temsil-etdi
Oxunma sayı: 815

23-26 iyun tarixlərində Özbəkistanın Namanqan şəhərində UNESCO, ICESCO, TÜRKSOY və Özbəkistan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən III Beynəlxalq Maqom Sənəti Forumu çərçivəsində beynəlxalq müsabiqə keçirilib.

“Qafqazinfo” xəbər verir ki, müsabiqədə Özbəkistandan Abduxoşim İsmayılov, Küveytdən Amer Cafar, Serbiyadan Edi Taym, Türkiyədən Feryal Basel Tuzun, Fransadan Marqaret Deşeno və Kanadadan Saşar Zərifin təmsil olunduğu Beynəlxalq Münsiflər Heyətinə Azərbaycanı təmsil edən Azərbaycan Milli Konservatoriyasının Muğam (xanəndə) kafedrasının müdiri, Azərbaycanın Xalq artisti, “Şərəf” və “Şöhrət” ordenli Mənsum İbrahimov sədrlik edib.

Festivalın açılış mərasimində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev açılış nitqi ilə çıxış edib. Ardınca Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli çıxış edərək festivalın əhəmiyyətini vurğulayıb.

Açılış mərasimində Azərbaycan Milli Konservatoriyasının rektoru, sənətşünaslıq doktoru, professor Kamilə Dadaş-zadə, eləcə də müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələri iştirak ediblər.

Beynəlxalq müsabiqə möhtəşəm bağlanış mərasimi ilə yekunlaşıb.