Masazırda 4 yaşlı uşağı motosiklet vurub öldürdü

masazirda-4-yasli-usagi-motosiklet-vurub-oldurdu
Oxunma sayı: 636

Abşeronda yolda oynayan azyaşlını motosiklet vurub.

“Qafqazinfo” xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb.

Belə ki, 19 yaşlı Fuad Babaşov motosikletlə hərəkətdə olarkən qəfil qarşısına çıxan 4 yaşlı Atilla Bağırovu vurub.

Ağır xəsarət alan uşağın həyatını xilas etmək mümkün olmayıb.

Faktı prokurorluq araşdırır.