Leysandan sonra körpü qəzalı vəziyyətə düşdü - Fotolar

leysandan-sonra-korpu-qezali-veziyyete-dusdu
Oxunma sayı: 865

Cəlilabadın Vənlik kəndində yerləşən və bir neçə yaşayış məntəqəsini birləşdirən körpü intensiv yağışlardan sonra qəzalı vəziyyətə düşüb.

Bu barədə “Qafqazinfo”ya kənd sakinləri məlumat veriblər.

Bildirilib ki, sözügedən körpü ötən il də güclü yağışlar nəticəsində yararsız hala düşmüş, sonradan müvəqqəti şəkildə bərpa olunmuşdu. Lakin ötən gecə yağan leysan yağışlarından sonra körpü yenidən sıradan çıxıb və hazırda istifadəyə yararsızdır.

Bu körpü Vənlik, Fətullaqışlaq və Oğrubulaq kəndlərinin rayon mərkəzinə əsas çıxış yolunu təmin edir. Körpünün sıradan çıxması sakinlərin gündəlik fəaliyyətinə ciddi çətinliklər yaradıb.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 46 saylı Yol İstismar İdarəsindən bildirilib ki, hazırda körpüdə yenidən müvəqqəti təmir işləri aparılır. Qurumdan verilən məlumata görə, yaxın vaxtlarda körpünün əsaslı şəkildə yenidən tikilməsi nəzərdə tutulur.

Surxay Şahbazov