Kürdəmirdə su borusu partlayıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə Külüllü-Kürdəmir magistral su xəttinin 31-ci km-də, rayonun Qaraqocalı kəndi ərazisində qeydə alınıb.
Belə ki, diametri 500 mm olan boru partlayıb.
Qəza yerinə Kürdəmir su və meliorasiya sistemlərinin istismarı idarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Qəzanın aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Qeyd edək ki, Külüllü-Kürdəmir magistral su xətti 2013-cü ildə dövlət vəsaiti hesabına inşa olunub və rayonun ümumilikdə 21 min sakinini içməli su ilə təmin edir.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər