Küləyin aşırdığı ağac Lənkəran-Lerik yolunu bağladı - Video

kuleyin-asirdigi-agac-lenkeran-lerik-yolunu-bagladi
Oxunma sayı: 84

Ötən gecə güclü külək nəticəsində aşan ağac Lənkəran-Lerik avtomobil yolunda nəqliyyatın hərəkətində məhdudiyyətlərə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, qısa müddət ərzində ağac kənarlaşdırılaraq yol boyu hərəkət bərpa olunub.