Sumqayıtda iş başında olan fəhlə qəfildən dünyasını dəyişib.
“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin “Qurd dərəsi” bağları yaşayış massivində qeydə alınıb.
Məlumata görə, 1965-ci il təvəllüdlü Vaqif Söyxan oğlu Nəsibov iş prosesi zamanı qəfildən özünü pis hiss edib və elə hadisə yerindəcə həyatını itirib.
Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər