İqlesias barəsindəki təcavüz ittihamlarından danışdı

iqlesias-baresindeki-tecavuz-ittihamlarindan-danisdi
Oxunma sayı: 513

Dünyaca məşhur ispan müğənni Xulio İqlesias barəsindəki təcavüz ittihamları ilə bağlı açıqlama yayıb.

“Qafqazinfo” xəbər verir ki, 82 yaşlı ulduz sənətçi 5 il əvvəl Karib hövzəsindəki evlərində Laura və Rebeka adlı qadınlara təcavüz etməsinə dair iddiaları yalanlayıb.

O bildirib ki, barəsindəki ittihamlar böhtandır: “Böyük təəssüf hissi ilə evimdə çalışmış 2 qadının dediklərinə münasibət bildirirəm. İndiyədək heç bir qadına qarşı pis rəftar göstərməmişəm, onlara qarşı cinsi təcavüz və ya hörmətsizlik etməmişəm. Bu iddialar tamamilə əsassızdır”.

Qeyd edək ki, X.İqlesiasın Dominikan və Baham adalarındakı evində xidmətçi işləmiş qadınlar o vaxt 77 yaşı olan sənətkar tərəfindən cinsi zorakılığa məruz qaldıqlarını iddia ediblər.