“Hyundai” yol kənarındakı maşına çırpıldı - Sürücü öldü

hyundai-yol-kenarindaki-masina-cirpildi
Oxunma sayı: 1376

Bakıda daha bir ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, dünən saat 08 radələrində paytaxt sakini 1995-ci il təvəllüdlü Cavidan Güləli oğlu Əliyevin idarə etdiyi “Hyundai” markalı avtomobil Qala qəsəbəsində hərəkətdə olarkən yolun kənarında dayanmış “UAZ” markalı maşına çırpılıb. Nəticədə “Hyundai” aşıb, sürücü hadisə yerində ölüb.

Faktla bağlı Xəzər RPİ-də cinayət işi başlanaraq istintaq aparılır.