“Hücum ehtimalını istisna edirəm”

hucum-ehtimalini-istisna-edirem
Oxunma sayı: 2151

İranın xarici işlər naziri Abbas Əraqçi artan gərginlik fonunda ABŞ və ya İsrail tərəfindən ölkəsinə qarşı yeni bir hərbi hücumun gözlənilmədiyini bəyan edib.

“Qafqazinfo” xəbər verir ki, nazir bu barədə Beyruta səfəri zamanı jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Vaşinqton və Təl-Əviv ötən ilin iyun ayında İrana qarşı həyata keçirdikləri hücumların nəticəsiz qaldığını və strateji məğlubiyyətə uğradıqlarını anlayıblar:

“Mən yeni hücum ehtimalını istisna edirəm. Əgər belə bir səhv etsələr, növbəti dəfə məğlub olacaqlar. İran istənilən ssenariyə, o cümlədən müharibəyə hazırdır, lakin rəsmi Tehran gərginliyin artmasında maraqlı deyil”.

Xatırladaq ki, son günlər İranda iqtisadi çətinliklər səbəbindən başlayan etiraz aksiyaları fonunda ABŞ Prezidenti Donald Tramp nümayişçilərə qarşı güc tətbiq olunacağı təqdirdə İrana çox sərt cavab veriləcəyi ilə bağlı xəbərdarlıq etmişdi.