“Həmişə istəmişəm qızıl medalım olsun, atama həsr edim”

hemise-istemisem-qizil-medalim-olsun-atama-hesr-edim
Oxunma sayı: 2383

Xəbər verdiyimiz kimi, Azərbaycanın qadın karateçisi Mədinə Sadıqova Almaniyanın Frankfurt şəhərində keçirilən böyüklər arasında Avropa çempionatında qızıl medal qazanıb.

“Qafqazinfo” xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Mədinə bildirib ki, bu onun ilk qızıl medalıdır:  

“Mənim heç qızıl medalım yox idi. Həmişə istəmişəm ki, qızıl medalım olsun və onu atama həsr edib. Çünki o da bu bayraq altında şəhid olub. Mən də həmin bayrağı, himni Avropada tanıdıram”.

Daha ətraflı videoda: