Ermənistandan Azərbaycan benzininin keyfiyyəti ilə bağlı - Açıqlama

ermenistandan-azerbaycan-benzininin-keyfiyyeti-ile-bagli
Oxunma sayı: 1502

“Azərbaycandan Ermənistana idxal edilən benzinin keyfiyyəti ilə bağlı problem qeydə alınmayıb”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu bu ölkənin Bazarlara nəzarət üzrə Təftiş Orqanının rəhbəri Armen Kotolyan deyib.

Onun sözlərinə görə, ölkəyə gətirilən yanacaqdan götürülən nümunələr Ermənistanın Milli Standartlaşdırma və Metrologiya Mərkəzində təhlil edilib: “Nəticələr göstərib ki, həmin benzinin keyfiyyəti Avrasiya İqtisadi İttifaqının texniki tələblərinə uyğundur”.

Xatırladaq ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq, ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb. Bu zaman 1,2 min ton neft məhsulları Gürcüstan ərazisi vasitəsilə Ermənistana göndərilib.

Yanvarın əvvəlində isə Azərbaycandan Ermənistana neft məhsullarının yeni partiyası – 6,1 min ton benzin və 1,5 min ton dizel yanacağı ixrac edilib.